“Atletico Madrid” La Liqadan Moratanın yerini əvəzləyib

Bakı, 23 iyul, Sporaz.tv

İspaniya La Liqasında “Atletico Madrid” “Milan“a transfer olunan Alvaro Moratanın yerinə “Girona“dan Artem Dovbyki transfer etmək istəyir.

 Sporaz.tv məlumat verir ki, ötən mövsüm La Liqada “Girona” forması ilə çıxışı ilə diqqət çəkən Artem Dovbyk “Atletico Madrid”in transfer siyahısındadır.

“Atletico” Milana transfer olunan Moratanın yerinə Dovbyki heyətinə qatmaq istəyir.

Dovbykin “Atletico Madrid”in 1 nömrəli hədəfi olduğu və transferin tamamlanmaq üzrə olduğu bildirilib.

2023/24 mövsümündə “Girona”ya transfer olan Artem Dovbyk əvvəlki mövsümdə La Liqanın bombardiri olub.

Mövsümü 24 qolla başa vuran Dovbyk bombardirlər siyahısında birinci olub.

Dovbyk ötən mövsüm 41 matçda iştirak edib və Çempionlar Liqasında 1 qol vurub. Ukraynalı hücumçu mövsümü 10 məhsuldar ötürmə ilə başa vurub.