“Atletico Madrid” “Chelsea”dan transferini rəsmən açıqlayıb

Bakı, 21 avqust, Sporaz.tv

Atletico MadridChelsea (Çelsi)-dən Conor Gallagheri heyətinə qatdığını açıqlayıb. İspaniya komandası 24 yaşlı ingilis futbolçu ilə 5 illik müqavilə imzalayıb.

Sporaz.tv xəbər verir ki, Chelsea (Çelsi)-dən “Atletico Madrid”ə çoxdan gözlənilən Conor Gallagherin transferi baş tutub. İspaniya komandası Gallagher-i heyətinə qatdıqlarını rəsmən açıqlayıb.

Transferlə bağlı açıqlama verən Atletico Madrid, 24 yaşlı futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalandığını bildirib.

Conor Gallagher , 95 dəfə Chelsea (Çelsi)-də çıxış edib. İngilis futbolçu, bu matçlarda 10 qol vurub, 10 məhsuldar ötürmə edib.