”Atletico” heyətini gücləndirib

Bakı, 27 iyul, Sporaz.tv

İspaniyanın “Atletico” (Madrid) komandası yeni futbolçu ilə anlaşıb.

Sporaz.tv AZƏRTAC-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi, ispaniyalı müdafiəçi Robin Le Normandla razılaşdığını açıqlayıb.

Qarşıdakı günlərdə 28 yaşlı oyunçu ilə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Robin Le Normand İspaniya millisinin heyətində Almaniyada keçirilən Avropa çempionatının qalibi olub.