“Atalanta” “Bayer”i 3 fərqlə məğlub etdi

Bakı, 23 may, Sporaz.tv

UEFA Avropa Liqasının 2023-2024-cü illər mövsümünün qalibi bəlli olub.

Sporaz.tv xəbər verir ki, İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən finalda İtaliyanın “Atalanta” və Almaniyanın “Bayer” komandaları qarşılaşıb.

Görüş “Atalanta”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları 12-ci, 26 və 75-ci dəqiqələrdə Ademola Lukman vurub.