“Aston Villa”dan imtina edən “Beşiktaş”lı Semih Kılıçsoy üçün yeni qərar

Bakı, 17 sentyabr, Sporaz.tv

Onur Buluta verilən artımla futbolçusuna dəstək verən və performansını artıran “Beşiktaş“-ın yeni hədəfi Semih Kılıçsoydur. Bu yay “Aston Villa“-nın gənc futbolçu üçün təklifini rədd edən rəhbərlik, Semih Kılıçsoyun maaşını artırmağı planlaşdırır.

Sporaz.tv məlumat verir ki, “Beşiktaş” rəhbərliyi Onur Bulutun maaşını yaxşılaşdırdıqdan sonra Semih Kılıçsoy üçün də hərəkətə keçib.

“Beşiktaş” rəhbərliyi, 12 milyon lirə qazanan Semih Kılıçsoyun müqaviləsində təkmilləşdirmələr aparacaq. Onur Bulut kimi Semih Kılıçsoyun da illik maaşının qısa müddətdə artırılacağı gözlənilir.

Bu yay Semih Kılıçsoy üçün “Aston Villa”-nın 16+2 milyon avro və Alex Moreno təklif etdiyi xəbərlərdə bildirilərkən, “Beşiktaş”-ın bu təklifə mənfi cavab verdiyi bildirilirdi.

Semih Kılıçsoy “Beşiktaş” A Komandasında 45 oyun keçirib. 19 yaşlı futbolçu bu matçlarda 12 qol vurub, 5 məhsuldar ötürmə edib.

Leave a Reply