Asensiodan “Fenerbahçe” iddiasına cavab

Bakı, 30 avqust, Sporaz.tv

Fenerbahçe“nin “PSG“də çıxış edən ispan ulduz Marco Asensio ilə anlaşdığı iddia edilirdi. “Asensio” sosial media hesabında bu iddiaya təəccüblü cavab verib.

Sporaz.tv xəbər verir ki, Fransanın Paris Saint Germain (PSG) komandasında çıxış edən sağ cinah oyunçusu Marco Asensionun “Fenerbahçe”yə transfer olunacağı iddia edilib.

İspan jurnalist Marti Mirasın sosial media hesabında etdiyi paylaşımda “PSG” ilə sarı-göylü komandanın anlaşdığı və Asensionun yaxın saatlarda Türkiyəyə gedəcəyi iddia edilib.

İspan ulduzun bu postun altında yazdığı mesaj sosial mediada yayılıb. Marco Asensio bu iddiaya “Mən niyə bundan xəbərim yox idi?” sualı ilə cavab iləşayiələri təkzib etdi.

Bahar Rüstəm