Artur Soares Dias Avropa Konfransı Liqasının finalını idarə edəcək

Bakı, 14 may, Sporaz.tv

Portuqaliyalı referi Artur Soares Dias UEFA Avropa Konfransı Liqasının finalında “Olimpiakos” – “Fiorentina” matçını idarə edəcək.

Sporaz.tv xəbər verir ki, 2023-2024-cü il mövsümü UEFA Avropa Konfransı Liqasının finalını idarə edəcək hakimlər bəlli olub. Yunanıstanın “Olimpiakos” komandası və İtaliyanın “Fiorentina” komandası mayın 29-da AEK Arenada üz-üzə gələcək.

Gərgin qarşılaşmada Portuqaliya Futbol Federasiyasından Artur Soares Dias fit çalacaq. Diasın köməkçiləri Paulo Soareş və Pedro Ribeyro olacaq. Döyüşün dördüncü hakimi Qlenn Nyberq olacaq. VAR kürsüsündə Tiaqo Martins, AVAR vəzifəsində isə Kristian Dingert olacaq.

39 yaşlı Dias bu mövsüm UEFA Çempionlar Liqasında 3, UEFA Avropa Liqasında isə 2 matçda meydana çıxıb.

Vüqar ALIŞOV