”Arsenal”ın futbolçusundan yeni rekord

Bakı, 18 avqust, Sporaz.tv

İngiltərə Premyer Liqasının I turunda “Wolverhampton ” üzərində (2:0) qələbə qazanan “Arsenal”ın futbolçusu Uilyam Saliba yeni rekord müəyyənləşdirib.

Sporaz.tv  xəbər verir ki, fransalı müdafiəçi “topçular”ın heyətində 50-ci qələbəsini qazanıb.

O, bu uğura 66-cı oyununda imza atıb. Bununla da Saliba Naço Monrealın “Arsenal”da keçirdiyi 70 matçda 50 qələbəlik rekordunu geridə qoyub.