Arsenalı qıcıqlandıran Emmanuel Adebayor

Emmanuel Adebayor uşaq vaxtlarında gəzə bilmirdi. Ta ki bir futbol topunu görənə qədər.

Anası addım belə ata bilməyən oğlunu müalicə üçün Cənubi Afrikaya apardı. Yataqda uzanarkən bayırda oynayan uşaqların topu içəri girdi.

Anidən ayaqlanan Adebayor,o gün üçün “O topu almağı çox istədiyim üçün qaçdım”-demişdi. O gündən sonra isə Adebayoru tuta bilən olmadı.

Uzun ayaqları ilə Avropanın ən böyüklərində elit bir qolçuya çevrildi. Ulduzunun parladığı Monacodan 10 milyon avroya Arsenala getdi. Fiziki və oyun olaraq komandanın sabiq hücumçusu Kanuya bənzədildi. Buna görə də ona uşaq Kanu deyərək müraciət edirdilər.

62 qol, 19 məhsuldar ötürmə keçirdiyi 142 matçın ardından Manchester City (Mançestr Siti)-yə transfer oldu. Köhnə komandasına qarşı oyunda tam meydan qaçıb, rəqibi qudurtan qol sevinci yaşatdı. İllər sonra buna səbəb olaraq isə Arsenal azarkeşlərinin irqçi təzahüratlarını göstərdi.

Real Madrid forması ilə La Liqa çempionluğu yaşadı.Tottenham ilə 113 matçda 42 qola imza atdı. Toqada 5 il üst-üstə ilin futbolçusu seçildi. Türkiyədə Başakşehir və Kayeserispor formalarını geyindi.

Adebayor karyerasına keçən il ölkəsində son qoydu.

Bahar Rüstəm