“Arsenal”dan “Fulham”a

Bakı, 2 avqust, Sporaz.tv

Premyer Liqa təmsilçisi “Fulham” “Arsenal“dan Emile Smith Rowe transfer edib. 24 yaşlı futbolçu ilə 5+1 illik müqavilə imzalanıb.

Sporaz.tv xəbər verir ki, “Arsenal”da çıxış edən Emile Smith Rowe “Fulham”ə yollanıb. “Fulham”in bu transfer üçün 34 milyon funt sterlinq ödədiyi iddia edilirdi.

“Fulham” 24 yaşlı futbolçu ilə 5+1 illik müqavilə imzalandığını açıqlayıb. İngiltərə mətbuatında “Fulham”in bu transfer üçün bonuslarla birlikdə 34 milyon funt-sterlinq transfer haqqı ödəyəcəyi iddia edilmişdi.

“Arsenal” akademiyasında böyüyən Smith Rowe “Leipzig ve Huddersfield Town” klublarında icarə əsasında çalışıb. Peşəkar karyerasına 2018-ci ildə başlayan ingilis futbolçu “Arsenal”ın heyətində 115 oyun keçirib və 18 qol vurub, 13 məhsuldar ötürmə edib. Emile Smith Rowe İngiltərə Milli Komandasının formasını 3 dəfə geyinib və 1 qol vurub.

Bahar Rüstəm