“Arsenal”da Mikel Arteta qərarı

Bakı, 12 sentyabr, Sporaz.tv

İngiltərə Premyer Liqa komandalarından olan “Arsenal” baş məşqçisi Mikel Artetanın müqaviləsini uzatmağa hazırlaşır.

Sporaz.tv xəbər verir ki, Premyer Liqada mövsümün ən güclü çempionluğa namizədlərindən biri olan “Arsenal” Mikel Arteta ilə yoluna davam edir.

“Atletic”də çıxan xəbərdə Şimali London komandasının Artetanın müqaviləsini 2027-ci ilə qədər uzadacağı bildirilib. Arteta 2019-cu ildə Unai Emery əvəz edərək vəzifəyə başladı.

“Manchester City”də Pep Guardiolanın komandasında olan və 2019/20 mövsümündə ayrılan və “Arsenal”la anlaşan Mikel Artetanın rəhbərliyi altında “Arsenal” ispan məşqçinin rəhbərliyi altında 4-cü mövsümə başlayıb.

Arteta 2019/20 mövsümünün ortasında komandanı təhvil aldıqdan sonra, “Arsenal” həmin mövsümü 8-ci bitirdi. Növbəti mövsümü eyni yerdə başa vuran London komandası 2021/22 mövsümündə liqanı 5-ci, son iki mövsümdə isə “Manchester City”dən sonra ikinci yerdə başa vurub.

Arteta, Arsenal, F.A. Cup və Community Shield (2)  çempionluğunu qazandı.

Bahar Rüstəm

Leave a Reply