“Arsenal” mövsümə 3 xalla başlayıb

Bakı, 17 avqust, Sporaz.tv

İngiltərə Premyer Liqasında “Arsenal” doğma meydanda “Wolverhampton“u 2:0 hesabı ilə məğlub edib. Mövsümə qələbə ilə başlayan “Arsenal”a Kai HavertzBukayo Saka 3 xalı gətirib.

Sporaz.tv xəbər verir ki, Premyer Liqada 2024/25 mövsümünün ilk həftəsi 4 qarşılaşma ilə davam edib.

Liqanın çempionluğa namizədlərindən olan “Arsenal” yeni mövsümə 3 xalla başlayıb.

“Arsenal” “Emirates”də qonaq etdiyi “Wolverhampton”u Kai Havertz və Bukayo Sakanın qolları ilə məğlub edib.

Günün digər matçında isə yeni baş məşqçisi Fabian Hürzelerin rəhbərliyi altında Premyer Liqada ilk matçına çıxan “Brighton” səfərdə “Everton”a 3 qolla qalib gəlib.

“Brighton”un qollarını Kaoru Mitoma, Danny Welbeck və Simon Adingara vurub. “Everton”un futbolçusu Ashley Young 66-cı dəqiqədə qırmızı vərəqə alıb.

Bir mövsümlük fasilədən sonra Premyer Liqaya qayıdan “Southampton” yeni mövsümün ilk oyununda “Newcastle United”ə uduzub.

Matçın böyük hissəsini 10 nəfərlə oynadığı matçda “Newcastle United” Joelintonun qolu ilə qalib gələrək mövsümü 3 xalla açdı. Meydan sahiblərinin heyətində Fabian Schar 28-ci dəqiqədə qırmızı vərəqə alıb.

Günün digər oyununda isə “Nottingham Forest” və “Bournemouth” komandaları 1:1 hesablı heç-heçə edib.

Matçın ilk yarısında zədələndiyi üçün matç bir müddət dayandırılıb. “Nottingham Forest”də Danilo zədəsi səbəbindən matçı davam etdirə bilməyib.

“Nottingham Forest” matçın ilk yarısını Chris Woodun qolu ilə öndə bitirdiyi halda, Bornmutlu Antoine Semenyo xalını komandasına gətirib.

Bahar Rüstəm