“Arsenal” heyətini gücləndirildiyini elan edib

Bakı, 27 avqust, Sporaz.tv

AVRO-2024-dəki çıxışı ilə diqqət çəkən Mikel Merino, “Arsenal“la müqavilə imzalayıb.

Sporaz.tv məlumat verir ki, “Arsenal”, “Real Sociedad“(Real Sosyeda)-dan ispaniyalı yarımmüdafiəçi Mikel Merinonu heyətinə qatıb.

“Arsenal”, Mikel Merinonun transferi üçün “Real Sociedad”-a 32 milyon avro transfer haqqı və 5 milyon avro bonus ödəyəcək.

Əvvəlki mövsümdə “Real Sociedad”-da 45 matçda forma geyinən ispaniyalı futbolçu, komandasına 8 qol və 5 məhsuldar ötürmə verib.

Osasuna infrastrukturunda böyüyən Mikel Merino daha sonra Dortmund Borussia və “Newcastle United”(Nyukasl Yunayted)-də çıxış edib.