“Arsenal” Calafiorini açıqladı

Bakı, 29 iyul, Sporaz.tv

Arsenal” “Bologna“nın italiyalı müdafiəçisi Riccardo Calafiori ilə müqavilə imzaladığını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, ötən mövsüm “Bologna” və Avro 2024-ün parlaq adlarından olan Riccardo Calafiori “Arsenal”a transfer olunub.

London komandası 22 yaşlı futbolçu üçün “Bologna”ya 45 milyon avro ödəyəcək. Riccardo Calafiori ingilis nəhəngi ilə uzunmüddətli müqavilə imzalayıb.

Riccardo Calafiori yeni komandasında 33 nömrəli formanı geyinəcək.

“Arsenal”ın meneceri Mikel Arteta transferlə bağlı bunları deyib: “Riccardo və ailəsi “Arsenal”a xoş gəlmisiniz. O, böyük qüvvədir və müdafiəmizə güc qatacaq.” dedi.

“Roma”nın infrastrukturunda böyüyən Riccardo Calafiori burada əsas komandaya yüksəlsə də, yarım mövsümə “Genoa”ya icarəyə verilib. “Basel” futbolçunu 2022-2023 mövsümündə 2,6 milyon avroya transfer edib. “Bologna” bir mövsümdən sonra Riccardo Calafiorini 4 milyon avroya transfer etdi. İtaliya yığmasında əla mövsüm keçirən 22 yaşlı futbolçu 45 milyon avroya transfer qarşılığında “Arsenal”a gedib.

Bahar Rüstəm