Argentina, yarımfinala vəsiqəni penaltilərlə qazanıb

Bakı, 5 iyul, Sporaz.tv

Argentina, 2024-cü ildə Amerika Kubokunda yarımfinala yüksəlib. Normal vaxt və əlavə vaxtda 1:1 hesabı ilə bitən qarşılaşmada Ekvadoru penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edən “Tanqoçular” yarımfinala yüksəlib. Matçda Enner Valencia ve Lionel Messi penaltiləri qaçıra bilməyiblər.

Sporaz.tv xəbər verir ki, ABŞ-ın ev sahibliyi etdiyi 2024 Amerika Kubokunun 1/4 final matçında Argentina Ekvadoru mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.

Bu il 48-ci dəfə keçirilən qurumun 1/4 final mərhələsi Argentina-Ekvador matçı ilə başlayıb.

Argentina 35-ci dəqiqədə Lisandro Martinezin qolu ilə 1-0 önə keçdiyi halda, Ekvadorlu Enner Valencia 62-ci dəqiqədə penaltidən istifadə edə bilməyib.

Ekvador Kevin Rodriguez, 90+1 dəqiqədə vurduğu qolla matçı əlavə vaxta aparıb. Əlavə vaxtda bərabərlik pozulmayanda seriya penaltilər seriyası ilə başlayıb.

Argentinalı ulduz futbolçu, Lionel Messinin də penaltini qaçırdığı penaltilər seriyasının sonunda Argentina Ekvadoru 4-2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.

1/4 finalın digər oyunlarının təqvimi belədir:

Cümə, 6 iyul:

05:00 Venesuela-Kanada

Bazar günü, 7 iyul

02:00 Kolumbiya-Panama

05:00 Uruguay-Braziliya