Argentina, Amerika Kubokunun ilk finalçısı

Bakı, 10 iyul, Sporaz.tv

Argentina Amerika kubokunun yarımfinal matçında Kanadanı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Tanqoçular ardıcıl ikinci dəfə finala yüksəlməyi bacarıblar. Beləliklə, Lionel Messi milli ilə 7 finala çıxan ilk futbolçu kimi tarixə düşüb.

Sporaz.tvməlumat verir ki, Amerika kubokunun yarımfinalında Argentina və Kanada yığmaları Metlife stadionunda üz-üzə gəlib. Argentina 2 qolla qalib gələrək finala yüksəlib.

Qarşılaşmada Argentinaya qələbə qazandıran qolları 22-ci dəqiqədə Julian Alvares və 51-ci dəqiqədə Lionel Messi vurub. Finalda mübarizə aparacaq Argentinanın kapitanı Lionel Messi tarixdə 7 finalda oynayan ilk futbolçu olacaq.

İyulun 11-i cümə axşamı saat 03.00-da oynanılacaq Uruqvay – Kolumbiya matçının qalibi iyulun 15-də finalda Argentina ilə qarşılaşacaq.