Argentina Amerika kubokuna qələbə ilə başlayıb

Bakı, 21 iyun, Sporaz.tv

ABŞ-ın ev sahibliyi etdiyi 2024-cü il Cənubi Amerika Futbol Çempionatının (Copa America) açılış matçında Argentina Kanadanı 2:0 hesabı ilə məğlub edib.

Sporaz.tv xəbər verir ki, Amerika Kubokunun açılış oyununda “Mercedes-Benz” stadionunda A qrupunda yer alan Argentina Kanada milliləri üz-üzə gəlib. Son dünya çempionu Argentina, 49-cu dəqiqədə Julian Alvarez və 88-ci dəqiqədə Lautaro Martinezin qolları ilə matçı 2-0 qazanaraq, təşkilata 3 xalla başlayıb. Kanada isə ilk oyunundan xalsız ayrılıb.

Argentinanın ulduz futbolçusu Lionel Messi yarışın ikinci qoluna assistentlik edib və Amerika Kubokunda 7 fərqli matçda assistentlik edən ilk futbolçu olub. Qrupun ikinci oyununda Argentina Çili ilə Kanada isə Peru ilə qarşılaşacaq.