Arda Kardeşlerə Konfrans Liqasında vəzifə

Bakı, 19 avqust, Sporaz.tv

FİFA lisenziyalı türkiyəli hakim Arda Kardeşler, UEFA Konfrans Liqasının pley-off mərhələsində Ukraynanın Kryvbas  (Krivbas) və İspaniyanın “Real Betis” komandaları arasında keçiriləcək ilk matçı idarə edəcək.

Sporaz.tv xəbər verir ki, UEFA-dan verilən açıqlamaya görə, Slovakiyanın Koşice şəhərindəki Kosicka Football Arenada 22 avqust Cümə axşamı GMT ilə saat 21:00-da başlayacaq matçda Arda Kardeşlər fit çalacaq.

“Kardeşler”in köməkçiləri Mehmet Emin Tuğral və Deniz Caner Özaral, dördüncü hakimi isə Zorbay Küçük olacaq.

Mustafa İlker Coşkun və Onur Özütoprak, video köməkçi hakim (VAR) otağında xidmət göstərəcək.