Arda Gülərin vəziyyətini görən Ancelotti, dərhal məşqi dayandırdı

Bakı, 2 avqust, Sporaz.tv

Arda Güler, ​​bu yaxınlarda yeni mövsüm hazırlıqlarını davam etdirən Real Madriddə komandaya qoşulub. Gənc futbolçu, bənövşəyi-ağların son məşqində Rudigerin müdaxiləsindən sonra ağrılar içində yerdə qalıb.

Sporaz.tv xəbər verir ki, “Real Madrid”də çıxış edən futbolçu Arda Güler, ​​Rudigerin müdaxiləsindən sonra məşqdə hər kəsi şoka salıb.

Ancelotti, dərhal məşqi dayandırarkən, baş verənlərə səbəb olan Rudiger Arda Gülərin düz yanına gedərək ilk müdaxilə edən şəxs olub.

Arda Gülərin zədələndiyi anları təqdim edirik: