Arda Gülər bir rekordu daha qırdı

Bakı, 18 iyun, Sporaz.tv

Türkiyə millisinin gənc ulduzu Arda Gülər Gürcüstan millisinə qarşı atdığı qolla bir rekordu daha yenilədi.

Sporaz.tv xəbər verir ki, bundan öncə Cristiano Ronaldonun 6 qola ən tez çatan futbolçu rekordunu qıran 19 yaşlı futbolçu, Avro-2024-də ilk matçında qol vuran ən gənc futbolçu ünvanını da aldı.

Ronaldo Avro-2004-də Yunanıstan millisinə qarşı atdığı qolla bu rekordun sahibi olmuşdu.

Bahar Rüstəm