Arda Gülerlə bağlı ayrılıq iddisı

Bakı, 31 oktyabr, Sporaz.tv

Real Madrid“də çox az vaxt keçirən Arda Güler ​​üçün ayrılıq iddiası ortaya atılıb. İspaniya mətbuatı Arda Güler ​​və yaxın ətrafının ayrılıq fikrinə əvvəlkindən daha yaxın olduğunu bildirib. Bildirilib ki, “Real Madrid” azarkeşləri arasında gənc futbolçunun ardıcıl oynaya biləcəyi komandaya getməsi ilə bağlı fikir üstünlük təşkil edir.

Sporaz.tv xəbər verir ki, Carlo Ancelottidən kifayət qədər oyun fürsəti ala bilməyən Arda Gülerin “Real Madrid”dən icarə əsasında ayrıla biləcəyi iddia edilirdi.

11 matçda cəmi 292 dəqiqə oynaya bilən 19 yaşlı futbolçunun ardıcıl olaraq bacarığını nümayiş etdirə biləcəyi yeni macəraya başlaya biləcəyi bildirilib.

Ancelottinin kritik matçlarda oyuna vaxt vermədiyi Arda Güler ​​”Real Madrid”də tələb olunan yüksək tempə uyğunlaşa bilmir.

Ancelottinin etimadını qazana bilməyən milli futbolçunun indi komandadan icarəyə getməyə daha çox razı olduğu iddia edilib. Xəbərdə, “Arda Güler ​​və yaxın ətrafı bilir ki, icarədən ayrılmaq geriyə addım deyil, “Real Madrid”ə daha güclü qayıtmaq üçün bir fürsətdir” deyilir.

Arda Gülerin bacarığına inanan “Real Madrid” azarkeşləri də futbolçunun icarəyə götürülməli olduğunu düşünür.

Gənc futbolçunun müntəzəm oynaya biləcəyi komandaya gedəcəyi təqdirdə, “Real Madrid”ə daha güclü dönəcəyi gözlənilir. Arda Gülerlə çoxlu Avropa komandalarının maraqlandığı da vurğulanıb.

Arda Güler ​​bu mövsüm “Real Madrid”də oynadığı 11 matçda nə qol, nə də məhsuldar ötürmə verə bildi.

Bahar Rüstəm

Leave a Reply