Bakı, 13 oktyabr, Sporaz.tv
Real Madridin baş məşqçisi Carlo Ancelottinin az vaxt verdiyi Arda Güler, Milli Komandanın forması ilə göstərdiyi performansla böyük rəğbət qazanıb.
Milli futbolçunun Montenegro matçındakı hərəkəti İspaniyada təqdir olunarkən, oxlar Carlo Ancelottiyə yönəlib.
İspaniya mətbuatında Arda Gülerin bu çıxışından sonra Ancelottinin futbolçunu ehtiyat oyunçular skamyasında buraxmağa daha gücü çatmadığı bildirilib.
Arda Gülerin Ancelotti tərəfindən daha çox seçilməyəcəyi təqdirdə bir çox klubun onu gözlədiyi vurğulanıb.
Arda Güler bu mövsüm “Real Madrid”də 10 oyun keçirib. Gənc ulduz bu matçlarda 291 dəqiqə meydanda olsa da, heç bir qol və ya məhsuldar ötürmə verə bilməyib.