Arda Gülerin ailəsindən xəsarətlə bağlı açıqlama

Bakı, 28 iyun, Sporaz.tv

AVRO-2024-də Gürcüstana möhtəşəm qol vuran Arda Gülerin zədəsi səbəbindən Portuqaliya matçına çıxmaması müzakirə mövzusu idi. Çexiya matçı üçün heyətə qayıdan gənc ulduz üçün ailəsindən açıqlama verilib. Arad Gülerin ailəsi milli futbolçunun hazırkı durumu ilə bağlı məlumat verib.

Real Madrid“də uzun müddət zədəli olan Arda Güler ​​zədə səbəbindən Türkiyənin Portuqaliya ilə matçında heyətdə yer almayıb. Ailəsi gənc ulduzun zədə vəziyyəti ilə bağlı açıqlama verib.

Sporaz.tv məlumat verir ki, Arda Gülerin ailəsi milli futbolçu ilə bağlı “Xüsusən də bu mövsüm çətin keçdi. Onun “Real Madrid”də keçirdiyi zədə dövrü çox əziyyətli oldu, amma şükürlər olsun ki, bunu atlatdıq. İndi yaxşıdır” deyib

Atası Arda Gülerlə futboldan danışmadıqlarını ifadə edərək, “Ona daha çox təzyiq etmək istəmirik. Sadəcə normal həyatdan danışırıq. Diqqətini yayındırmasını istəyirik” deyib. dedi.