Arda Güler ​​Kopa Trophya namizəddir

Bakı, 5 sentyabr, Sporaz.tv

Dünya nəhəngi “Real Madrid“də çıxış edən türkiyəli futbolçu Arda Güler ​​”Qızıl top“un gənc futbolçulara verdiyi “Kopa Trophy” mükafatına namizəd olub.

Sporaz.tv xəbər verir ki, 21 yaşa qədər ən yaxşı çıxış edən futbolçuya verilən “Kopa Trophy” mükafatına namizədlər bəlli olub.

Siyahıda karyerasını “Real Madrid”də davam etdirən türkiyəli futbolçu Arda Gülərdə var. 19 yaşlı futbolçu, oktyabrın 28-də Parisdə “Theatre du Chatelet”də keçiriləcək mükafatlandırma mərasimində iştirak edəcək.

Bu mükafat üçün Arda Gülerlə yarışacaq digər futbolçular isə Pau Cubarsi, Alejandro Garnacho, Karim Konate, Kobbie Mainoo, Joao Neves, Savinho, Mathy Tel, Lamine Yamal, Warren Zaire-Emerydir.

Bu mükafatı ötən mövsüm “Real Madrid”də çıxış edən ingilis futbolçu Jude Bellingham qazanıb.

Bahar Rüstəm