Arda Gülərin yeni mövsüm əvvəli qərarı

Bakı,13 may,Sporaz.tv

Real Madridin Arda Gülərin planı bəlli olub. La Liqada son 3 matçda ilk 11-likdə yer alan Arda Gülərin növbəti mövsümdə mütləq komandada qalacağı vurğulanıb.

Sporaz.tv xəbər verir ki, Mövsümün əvvəlində “Fenerbahçe“dan 20+10 milyon avroya “Real Madrid”ə transfer olunan Arda Gülər ​​uğursuz zədələr səbəbilə matçlara aktiv qatıla bilməyib.


Zədəsi sağaldıqdan sonra bir müddət oynamaqda çətinlik çəkən Arda Gülər ​​son həftələrdə ilk 11-likdə çıxış etməyə başlayıb.
Oynaya bilmədiyi və icarəyə göndəriləcəyi irəli sürülən dönəmdə adı transfer dedi-qodularında hallanan Arda Gülər ​​oyun vaxtı almağa başladıqdan sonra göstərdiyi performansla diqqət çəkib.
La Liqada son 3 matçda ilk 11-də forma geyinən Arda Gülər ​​sözügedən dövrdə 2 qol statistikasına imza atıb.
Türkiyə milli futbolçusu “Real Sociedad” matçında 68 dəqiqə, “Kadis” matçında 66, “Granada” matçında 90 dəqiqə meydanda qalıb. Arda Gülər ​​”Sociedad” matçında komandasının qələbə qolunu vurub, Qranada matçında1 qol vurub.

İspaniya mətbuatında “Real Madrid”in Arda Gülərlə bağlı planlarının bəlli olduğu xəbəri yayılıb. Buna uyğun olaraq, paytaxt təmsilçisi növbəti mövsümdə də milli futbolçunu mütləq komandada saxlayacaq.
Xəbərdə Arda Gülərlə bağlı bütün şübhələrin aradan qalxdığı, gənc futbolçunun yanvar ayından etibarən yaşına görə qəribə yetkinlik nümayiş etdirdiyi bildirilib.
Arda Gülər ​​La Liqada 8 matçda 169 dəqiqə meydanda olub və 3 qola imza atıb. 19 yaşlı futbolçu İspaniya Kral Kuboku və İspaniya Superkubokunnun hər birində 1 oyun keçirib.

Bahar Rüstəm