Arda Gülərin U14 Milli Komandasına səfəri

Bakı,10 may, Sporaz.tv

Real Madrid“də çıxış edən 19 yaşlı milli futbolçu Arda Gülər ​​İspaniya ilə yoldaşlıq oyunları üçün paytaxt Madriddə 14 yaşadək futbolçulardan ibarət milli komandanın qonağı olub.

Sporaz.tv  xəbər verir ki, Türkiyə Futbol Federasiyasından (TFF) verilən məlumata görə, səfərdə Türkiyənin Madrid səfiri Nüket Küçükel Ezberci də iştirak edib. Milli komandanın texniki heyəti ilə söhbət edən Arda futbolçuların suallarını cavablandırıb. Nüket Küçükel Ezberci də futbolçular qarşısında çıxış etdi.

Gənc Milli Komandaların Texniki Koordinatoru Selman Coşkun səfərə görə Arda Gülərə təşəkkür etdi və belə tədbirlərin gənc oyunçuları ruhlandırdığını bildirib.

Vüqar Alışov