Arda Gülər ​​ilk 11-də yer alacaq ?

Bakı, 23 aprel, Sporaz.tv

İspaniyanın “AS” qəzeti Arda Gülərin “Real Madrid” – “Real Sosyedad” matçının ilk 11-də başlayacağı haqqında iddia irəli sürüb.

Sporaz.tv xəbər verir ki, Qəzet Arda Gülərin Real Madrid – Real Sosyedad matçına ilk 11-də başlayacağını yazıb. Sonuncu dəfə “El Clasico”da “Barselona”nı 3:2 hesabı ilə məğlub edən “Real Madrid” 26 aprel cümə günü saat 22.00-da “Real Sosyedad”ı qəbul edəcək.

Baş məşqçi Karlo Ançelotti “El Clasico“dan sonra Arda Gülərlə bağlı sualı belə cavablandırıb: “Arda Gülər ​​istədiyi dəqiqələri tezliklə əldə edəcək”.

Onuda qeyd edək ki, 19 yaşlı futbolçu bu mövsüm “Real Madrid”in heyətində 7 oyun keçirib və 1 qol vurub.