Bakı, 23 aprel, Sporaz.tv
İspaniyanın “AS” qəzeti Arda Gülərin “Real Madrid” – “Real Sosyedad” matçının ilk 11-də başlayacağı haqqında iddia irəli sürüb.
Sporaz.tv xəbər verir ki, Qəzet Arda Gülərin Real Madrid – Real Sosyedad matçına ilk 11-də başlayacağını yazıb. Sonuncu dəfə “El Clasico”da “Barselona”nı 3:2 hesabı ilə məğlub edən “Real Madrid” 26 aprel cümə günü saat 22.00-da “Real Sosyedad”ı qəbul edəcək.
Baş məşqçi Karlo Ançelotti “El Clasico“dan sonra Arda Gülərlə bağlı sualı belə cavablandırıb: “Arda Gülər istədiyi dəqiqələri tezliklə əldə edəcək”.
Onuda qeyd edək ki, 19 yaşlı futbolçu bu mövsüm “Real Madrid”in heyətində 7 oyun keçirib və 1 qol vurub.