Arda Gülər ​​də “Alaves”i cəzanlandırmağı bacardı

Bakı, 15 May, Sporaz.tv

İspaniya I Futbol Liqasının (La Liga) XVI həftəsində “Real Madrid” öz meydanında “Deportivo Alaves”i 5:0 hesabı ilə məğlub edib.

Sporaz.tv xəbər verir ki, “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti son 3 liga matçında ilk 11-də meydana çıxdığı futbolçu Arda Güləri bu dəfə əvəzedici olaraq buraxaraq ikinci yarıda oyuna çıxarıb.

Arda 61-ci dəqiqədə Eduardo Kamavinqanı əvəzləyib və 81-ci dəqiqədə cərimə meydançasının ortasından gözəl zərbə ilə komandasının 5-ci qoluna imza atıb.

Arda bu mövsüm liqada vurduğu qolların sayını 4-ə çatdırıb.

Ançelottinin bu dəfə yarımmüdafiədə sınadığı Arda 70-ci dəqiqədə Vinisius Juniorun vurduğu qol mövqeyini hazırlayan futbolçulardan olub.

Real Madrid“ə əlamətdar qələbə qazandıran qollar Jude Bellingham (Min. 10), Vinicius Junior (Min. 27 və Min. 70), Federico Valverde (Min. 45+1) və Arda Güler (Min. 81) oldu.

Digər tərəfdən, XXXIV h’ft’nin sonunda çempionluğunu elan edən və ötən bazar günü qazandığı kuboku Madrid şəhər mərkəzində azarkeşləri ilə qeyd edən “Real Madrid”, matçdan əvvəl kubokla birlikdə Santiaqo Bernabeu Stadionuna yollandı.

“Real Madrid” qələbə ilə xallarını 93-ə yüksəltdiyi halda, “Alaves” 42 xalla 11-ci pillədə qalıb.

Vüqar ALIŞOV