“Araz-Naxçıvan”dan mövsümlərarası fasilədə ilk transfer

Bakı,29May,Sporaz.tv

Araz-Naxçıvan” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Sporaz.tv klubun rəsmi saytına istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi Urfan Abbasovu transfer edib. 31 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 1 illikdir.

Bu, “Araz-Naxçıvan”ın mövsümlərarası fasilədə heyətinə qatdığı ilk oyunçudur.

Qeyd edək ki, karyerası ərzində “Qəbələ” və “Səbail” klublarının formasını geyinən U. Abbasov Azərbaycan milli komandasına da cəlb olunub.