“Araz-Naxçıvan” yeni transferlə heyətini gücləndirib

Bakı, 22 iyul, Sporaz.tv

Araz-Naxçıvan” klubu heyətini braziliyalı futbolçu ilə gücləndirib.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, Ramon Machado ilə 1 illik müqavilə imzalanıb.

Braziliyalı hücumçu bu gündən komandanın məşqlərinə qoşulub. 33 yaşlı futbolçu “Araz-Naxçıvan” klubuna Malayziya təmsilçisi “Sabah”dan gəlib. Azərbaycan Premyer Liqası braziliyalı üçün yad deyil. Belə ki, o, müxtəlif illərdə “Neftçi” və “Qəbələ”nin heyətində yer alıb. Ümumilikdə isə Machado “Brasil de Pelotas”, “Santo Andre”, “Parana”, “İtuana”, “Vila Nova”, “Lajeadense”, “Santa Kruz”, “Esportivo”, “Boa Esporte” və “Ponte Preta” klublarında da çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Urfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Benni, Felipe Santos, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Christian Avram, Vadim Abdullayev, Nuno Rodrigues, İgor Ribeiro, Wanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Micho Kuzmanoviçlə müqaviləni yeniləyib.