“Araz-Naxçıvan” “Kəpəz”i məğlub edib

Bakı, 14 sentyabr, Sporaz.tv

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.

Sporaz.tv xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Açılış matçında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Kəpəz”i qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Yeganə qolu 76-cı dəqiqədə Naxçıvan təmsilçisinin heyətində Bernardo Diaş vurub.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 14-15-də keçiriləcək.

Leave a Reply