“Araz-Naxçıvan” heyətini gücləndirib

Bakı, 23 iyul, Sporaz.tv

Araz-Naxçıvan” komandası heyətini yeni futzalçı ilə gücləndirib.

Sporaz.tv  AZƏRTAC-a istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi bu dəfə braziliyalı Covanni Valerio ilə anlaşıb. Cinah oyunçusu qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq. 26 yaşlı futzalçının son klubu Portuqaliya “Torreense”si olub. O, müxtəlif illərdə “Corinthians Paulista”, “Jaragua”, “Marreko fc” və “Santo Andre” komandalarının da formasını geyinib.

Qeyd edək ki, daha əvvəl Kadinyo, Kayke Aledes De Oliveyra, İlham Alıyev və Lazar Milosavlyeviçi transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan son Azərbaycan çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.