Antonio Conte 8 milyon avroya qane oldu

Bakı,29 may,Sporaz.tv

Bir ildən artıqdır boş qalan Antonio Conte, yeni macəraya başlayır. Adı Fenerbahçe (Fənərbaxça) ilə də hallanan Konte ölkəsinə qayıdır.

Sporaz.tv xəbər verir ki, sonuncu dəfə “Tottenham”i çalışdıran və bir ildən artıqdır boş qalan Antonio Conte ölkəsinə qayıtmağa hazırlaşır.

Adı Fenerbahçe (Fənərbaxça)- ilə də hallanan Kontenin yeni ünvanı “Napoli”dir.
“La Gazzetta dello Sport”un xəbərinə görə, “Napoli” Antonio Conte ilə anlaşıb, illik 8 milyon avro qarşılığında 3 illik müqavilə imzalayacaq.

Qeyd olunub ki, Antonio Contenin “Napoli”yə 3 illik gəliri personal və bonuslar daxil olmaqla, ümumi məbləği 60 milyon avroya çatacaq.