Bakı, 18 sentyabr, Sporaz.tv
Adı Türkiyə klubları ilə də hallanan Anthony Marsialın yeni komandası “AEK”-dir. Yunanıstan komandası, Marsialı transfer etdiklərini rəsmən açıqlayıb. “AEK“, fransalı hücumçunun transfer anonsunda “Sehrbaz gəlir” ifadəsini işlədib.
Sporaz.tv məlumat verir ki, sonuncu dəfə “Manchester United“(Mançester Yunayted)-də çıxış edən və yay transfer dövründə də Türkiyə klubları ilə anlaşan Anthony Marsialın yeni komandası bəlli olub.
Yunanıstan komandalarından olan “AEK”, Anthony Marsial ilə müqavilə imzaladığını rəsmən açıqlayıb.
AEK-dən verilən açıqlamada fransalı hücumçu üçün “Sehrbaz gəlir” sözləri işlədilib.
Yunanıstan təmsilçisi müqavilə ilə bağlı ətraflı məlumat verməsə də, 28 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlandığı iddia edilir. “Manchester United” Anthony Marsialı 2015-16 mövsümünün əvvəlində 60 milyon avroya “Monaco”-dan transfer edib.