“Antalyaspor”un baş məşqçisi Alex de Souzadan ilk qələbə

Bakı, 26 avqust, Sporaz.tv

Alex de Souzanın baş məşqçisi olduğu “Antalyaspor” Super Liqada üçüncü həftədə “Hatayspor“a 3-2 hesabı ilə qalib gələrək bu mövsüm ilk qələbəsini qazanıb.

Sporaz.tv xəbər verir ki, “Antalyaspor” liqada öz meydanında “Hatayspor”dan 3 xalı əldə edib.

“Qırmızı-ağlar” 2024-2025-ci il mövsümünə avqustun 10-da “Göztəpə” ilə 0:0 hesablı heç-heçə ilə başa çatan ev matçı ilə başlayıb. Trendyol Superliqasının ikinci həftəsində avqustun 18-də səfərdə “Beşiktaş”a 4:2 hesabı ilə uduzub. Akdeniz komandası liqanın üçüncü həftəsində dünən qonaq olduğu “Hatayspor”u 3:2 hesabı ilə məğlub edərək bu mövsüm ilk qələbəsini qazanıb.

Futbolçu karyerasından sonra Türkiyəyə məşqçi kimi qayıdan Alex ilk üç xalın sevincini “Antalyaspor”un başında yaşayıb.
“Hatayspor” üzərindəki qələbə ilə xallarını 4-ə yüksəldən Akdeniz təmsilçisi liqanın 4-cü həftəsində sentyabrın 1-i bazar günü “Başakşehir”in qonağı olacaq.

“Beşiktaş” matçında hər iki qola imza atan “Antalyaspor”un paraqvaylı futbolçusu Braian Samudio toru silkələməkdə davam edir.

“Hatayspor” matçının uzatma dəqiqəsində penaltidən qol vuran Samudio iki həftə ərzində 3 qola imza atıb.

“Antalyaspor”un yeni transferləri Malili futbolçu Moussa Djenepo və braziliyalı oyunçu Thalisson Kelven “Hatayspor” matçında qırmızı-ağ formada ilk qol sevincini yaşayıb.

Bahar Rüstəm