Ankaragücündə Morutan şoku

Bakı, 24 aprel, Sporaz.tv

Sporaz.tv xəbər verir ki, “Ankaragücü”nün rumıniyalı futbolçusu Olimpiu Morutanın sağ Axilles vətərinin qopduğu bildirilib.

Sarı-göylü klubdan verilən açıqlamada Ziraat Türkiyə Kubokunun yarımfinal mərhələsinin ilk matçında “Beşiktaş”la matçın 81-ci dəqiqəsində zədələnən və meydanı alovla tərk edən Morutanın MRT çəkildiyi bildirilib.

Morutanın sağ Axilles vətərində qırılma aşkarlandığı və 25 yaşlı futbolçunun ən qısa zamanda əməliyyat olunacağı qeyd edilib.

Mövsümə qapanan Morutanın ən azı 7-8 ay meydanlardan uzaq qalacağı öyrənilib.

Vüqar Alışov