“Ankaragücü” Emre Belözoğlu ilə yollarını ayırıb

Bakı, 30 may, Sporaz.tv

Türkiyənin “Ankaragücü” komandası baş məşqçi “Emre Belözoğlu (Əmrə Bələzoğlu)”ilə yollarını ayırıb.

Sporaz.tv paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, “Ankaragücü” “Emre Belözoğlu (Əmrə Bələzoğlunun)” rəhbərliyi altında 40 xalla 17-ci yeri tutaraq Superliqa ilə vidalaşıb.