Angelonun transferi rəsmən açıqlanıb

Bakı, 3 sentyabr, Sporaz.tv

Səudiyyə Ərəbistanı liqasının komandalarından olan “Al-Nassr” 23 milyon avroya “Chelsea”dən Angelonu heyətinə qatıb.

Sporaz.tv xəbər verir ki, Transfer dönəmində adı “Beşiktaş”la da hallanan Angelo, Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Nassr”la razılaşıb.

“Al-Nassr”ın verdiyi açıqlamada Angelo ilə 5 illik müqavilə imzalandığı bildirilib.

Al-Nassr ötən il “Chelsea”yə transfer olunan Angelo üçün 23 milyon avroluq transfer ödəyəcək.

Futbolçu karyerasına ölkəsinin Braziliyanın “Santos” komandasının akademiyasında başlayan Ancelo, ötən mövsümün əvvəlində “Chelsea” ilə anlaşıb.

“Chelsea”yə transfer olunduqdan sonra, Angelo “Strasbourg”a icarəyə verilərkən Fransada mövsümü başa vurdu.

Karyerası boyunca 154 matçda meydana çıxan Ancelo bu matçlarda 5 qol vurub, 14 məhsuldar ötürmə edib.

Bahar Rüstəm