Angel Di Mariadan imza

Bakı, 12 iyul, Sporaz.tv

Beşiktaş“ın gündəmində olan Angel Di MariaBenfica“da qalıb. Argentinalı ulduz Portuqaliya nəhəngi ilə yeni 1 illik müqavilə imzalayıb.

Sporaz.tv xəbər verir ki, 2023-24 mövsümündə “Benfika”da çıxış edən və müqaviləsi başa çatdıqdan sonra “Beşiktaş”ın gündəminə gələn Angel Di Maria karyerası ilə bağlı qərarını verib.

“Beşiktaş”ın bir müddətdir maraqlandığı Angel Di Maria “Benfica”da qalıb. Fabrizio Romanonun verdiyi xəbərə görə, argentinalı ulduz Benfika ilə yeni 1 illik müqavilə imzalayıb.

O, ötən mövsüm “Benfica” ilə ümumilikdə 48 matça çıxıb, 3988 dəqiqə meydanda olub və 17 qol və 15 məhsuldar ötürmə ilə hesaba töhfə verib.

Bahar Rüstəm