Andy Murray tennis karyerasını bitirdi

Bakı, 2 avqust, Sporaz.tv

Andy Murray Den Evans, Taylor FritzTommy Paula 2:0 hesabı ilə uduzaraq 2024-cü il Paris Olimpiadasından kənarlaşdırılıblar. Olimpiadadan sonra karyerasını bitirəcəyini açıqlayan Murrey tennis karyerasını başa vurub.

Sporaz.tv xəbər verir ki, Andy Murray və Den Evans Paris 2024-də kişilər arasında cütlüklərin dörddəbir final matçında Taylor Fritz və Tommy Paul ilə qarşılaşıblar.

Taylor Fritz və Tommy Paul 6-2 və 6-4 hesabı ilə qalib gələrək yarımfinala yüksəliblər.

Olimpiada ilə vidalaşan Andy Murray, peşəkar tennis karyerasını başa vurub.

Karyerasında 2 olimpiya qızıl medalı olan Murray, “Karyeram, nailiyyətlərim və idmana verdiyim töhfələrlə fəxr edirəm. Hal-hazırda həqiqətən xoşbəxtəm”- deyib.

Andy Murraykeçən ay sosial media hesabında etdiyi paylaşımda Paris 2024-dən sonra təqaüdə çıxacağını açıqlamışdı.

“Mən Parisə sonuncu turnirim üçün gəlmişəm. GB komandası üçün yarışmaq karyeramın ən yaddaqalan anı idi və bunu sonuncu dəfə edə bildiyim üçün qürur duyuram”, – Murray deyib.

Karyerasında üç dəfə böyük dəbilqə çempionluğu olan Murray, 2012 və 2016-cı il Olimpiadalarında qızıl medal qazanıb. Murray, 2012-ci il London Olimpiadasında qarışıq cütlüklərdə də gümüş medal qazanıb.

37 yaşlı tennisçi, karyerası boyu Avstraliya Açıq və Fransa Açıq çempionatında böyük dəbilqə çempionluğunu qazana bilməyib. Uimbldonu iki dəfə qazanan Murrey, 2012-ci ildə ABŞ Açıq çempionatında çempion olub.

Andy Murray, karyerası ərzində Paris 2024 daxil olmaqla 5 dəfə Olimpiadada iştirak edib.