Andrey Lunyev “Qarabağ”la müqaviləni uzadacaq?!

Bakı, 29 may, Sporaz.tv

Rusiya millisinin qapıçısı “Andrey Lunev (A.Lunyov)” “Qarabağ”la müqavilənin müddətini uzatmağa yaxındır.

 Sporaz.tv Rusiya mətbuatına istinadən məlumat verir ki, tərəflər ilkin danışıqlarda yeni anlaşma şərtləri ilə bağlı fikir ayrılığı yaşasa da, indi fərqli qərar verməyi düşünür. Razılıq əldə olunarsa,“Andrey Lunev (A.Lunyov)” növbəti mövsümdə də “köhlən atlar”ın şərəfini qoruyacaq.

Qeyd edək ki, “Andrey Lunev (A.Lunyov)” bu mövsüm “Qarabağ”ın heyətində 33 matçda meydanda olub. O, 10 görüşdə qapısını toxunulmaz saxlayıb.