Andrea Belottidən sürpriz imza

Bakı, 26 iyun, Sporaz.tv

İtaliya A Seriyasının yeni komandası Como Andrea Belottini heyətinə qatdığını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, ötən mövsüm Cesc Fabregasın rəhbərliyi altında A Seriyasına yüksələn “Como” hücum xəttini Andrea Belotti ilə gücləndirib.

Klubdan verilən açıqlamada təcrübəli hücumçu ilə 2 illik müqavilə imzalandığı bildirilib.

Transferlə bağlı Belotti, “Təklif etdikləri layihədən əmin olduğum üçün Comonu seçdim. Bu, mənim üçün çox vacib idi, çünki məşqçi ilə eyni fikirdəyəm. Uğur üçün lazım olan hər şey var” dedi.

Ötən mövsümü icarə əsasında “Fiorentina”da keçirən Belotti mövsüm bitdikdən sonra yenidən Romaya qayıdıb.

Bahar Rüstəm