Ancelottinin Arda Güleri heyətə salmama səbəbi bəlli oldu

Bakı, 7 avqust, Sporaz.tv

AVRO-2024-dən ayrıldıqdan sonra “Real Madrid“ə keçən Arda Güler, ​​Chelsea (Çelsi) matçına qədər komandanın ABŞ düşərgəsində keçirdiyi bütün yoldaşlıq oyunlarında iştirak edib. Ancelottinin Chelsea (Çelsi)-yə qarşı olan matçda futbolçuya heç bir vəzifə verməməsi, zədə ehtimalını ağla gətirsə də, əsl həqiqət üzə çıxdı.

Sporaz.tv xəbər verir ki, Arda Güler ​​AVRO-2024 məzuniyyəti başa çatdıqdan sonra “Real Madrid”in ABŞ düşərgəsinə qatılıb.

“Milan” və “Barcelona” ilə yoldaşlıq matçlarında ilk 11-də başlayan Arda Güler, son Chelsea (Çelsi) matçında heç oynamadı.

Futbolçunun ABŞ düşərgəsinin son oyunu olan Chelsea (Çelsi) ilə matçda ümumiyyətlə meydana çıxmaması zədə ehtimalını ağla gətirdi.

Xarici mətbuatında yer alan xəbərə görə, Arda Güler ​​və Endrik mövsümöncəsi məşq səbəbiylə zədələnməyə məruz qalıblar.

Carlo Ancelotti, Arda Gülerin keçmişdəki zədələrini nəzərə alaraq, Chelsea (Çelsi)-yə qarşı matçda futbolçunu risk atmayıb.

Endrikin də, Arda kimi Chelsea (Çelsi) matçında ümumiyyətlə oynamadığı və hər iki futbolçunun ciddi zədəsinin olmadığı bildirilib.