Ancelottinin ən böyük problemi: Arda Gülər

Bakı, 21 avqust, Sporaz.tv

Real Madrid“də Carlo Ancelottinin komandanın gənc ulduzlarına az vaxt ayırması müzakirə mövzusuna çevrilib. Təcrübəli məşqçinin bu mövsüm “bənövşəyi-ağlar” üçün əsas probleminin eqo idarəçiliyi deyil, Arda Gülərin rəhbərlik etdiyi gənc futbolçular olması göstərilirdi. İspaniya mətbuatı Ancelottiyə “O, bu futbolçularla birlikdə heyətdə necə yer tapacaq?” sualı verildi.

Sporaz.tv xəbər verir ki, “Real Madrid”də gənc ulduzların taleyi maraq doğurur. Ondan vaxt gözləyən Arda Gülər, Brahim və Endrick “bənövşəyi-ağlar”ın heyətində baş məşqçi Carlo Ancelottinin ən böyük problemi kimi göstərilib.

İspaniya mətbuatında yer alan xəbərlərdə Arda Gülərin azarkeşləri çox həyəcanlandırdığı və ötən mövsüm keçirdiyi vaxtdan çox yaxşı istifadə etdiyi bildirilib.

Carlo Ancelottinin də diqqətini milli futbolçuya yönəltdiyi, ancaq vaxtını gözləməli olduğu bildirilirdi.

Ancelotti Arda Gülərə “Atalanta”ya qarşı 3 dəqiqə, “Mallorca”ya qarşı isə 2 dəqiqə vaxt verib.

Ancelottinin “Real Madrid”in 18 yaşlı transferi Endrickə vaxt vermədiyi, futbolçunun Arda Gülərin arxasında qaldığı bildirilib.

Qarşıdakı həftələrdə Carlo Ancelotti tərəfindən Arda Gülərə nə qədər vaxt veriləcəyi maraqla gözlənilir.

İtaliyalı məşqçinin dünyaca məşhur futbolçuların eqolarını idarə etməkdənsə, gənc ulduzlara heyətdə yer tapmaqda daha çox problem yaşayacağı düşünülür.

Bahar Rüstəm