Ançelotti Sosyedad matçından əvvəl danışıb: “Arda Gülər…”

Bakı, 25 aprel, Sporaz.tv

La Liqanın XXXIII həftəsində sabah axşam saat 22.00-da səfərdə “Real Sosyedad”la qarşılaşacaq lider “Real Madrid”in baş məşqçisi Karlo Ancelotti mətbuat konfransında açıqlama verib.

Arda Gülərin “Real Sosyedad”la oynayıb-oynamayacağı ilə bağlı məsələyə toxunan italiyalı məşqçi , “Arda Gülər ​​yaxşı formadadır. Bir müddətdir hazırdı, heç bir şansı olmadı və oyunlar çətin keçdi”.

Qızıl top mükafatı ilə bağlı sözlərinə davam edən Ançelotti, “Qızıl top mükafatı Bellinqhem və Vinisiusa verilməlidir”.

Kurtuanın yaxşı formada olduğunu və “Kadis” matçında oynaya biləcəyini ifadə edən Ançelotti, “Düşünürəm ki, Kurtua yaxşı vəziyyətdədir və gələn həftə hazır olacaq. O, “Kadis”ə qarşı oynaya biləcək”.

Vüqar Alışov