“Ancelotti” nəhəng finaldan əvvəl “Arda Gülər” qərarını açıqlayıb

Bakı,27 may,Sporaz.tv

İyunun 1-də Çempionlar Liqasının finalında Almaniyanın Borussia Dortmund (Borussiya Dortmund) komandası ilə oynayacaq “Real Madrid“in baş məşqçisi Karlo Ançelotti, Arda Gülərə matçda şans verib-verməyəcəyini soruşduqda,gənc futbolçu ilə bağlı açıqlama verib.

Sporaz.tv xəbər verir ki, Real Madrid klubu Çempionlar Liqasının finalından əvvəl Madriddəki idman obyektlərində mətbuat günü tədbiri keçirib.

AA müxbirinin, bu mövsüm Çempionlar Liqasında heç bir matçda iştirak etməyən və final təcrübəsi olmayan Arda Gülərlə bağlı sualını cavablandıran italyan baş məşqçi Ançelotti, “Arda istedadını və xüsusiyyətlərini son matçlarda göstərdi. O oynadı. Demək olar ki, 100-də100 oynadı həmdə. Şənbə günü olacaq final matçı üçün də faydalı ola bilər. Arda əlimizdə olan variantlardan biridir.”- dedi.

Ançelotti, həmçinin finala çıxmaqla Uğurlu bir mövsüm keçirdiklərini vurğulayaraq, “İndi şənbə gününə qədər bunun həzzini çıxaracayıq. Yaxşı iş gördük” deyə bildirdi.
” Favorit olduğumuzu düşünmürük.” deyən, Ançelotti, “Borussiya Dortmund yaxşı komanda olduğunu göstərdi. PSG və Atletico Madridi mübarizədən kənarlaşdırdı. Real Madrid bu tip turnirlər üçün doğulmuş,çox xüsusi bir klubdur”ifadələrini də qeyd etdi.

Məşqçi kimi karyerasında 6-cı dəfə Çempionlar Liqasının finalına yüksələn və indiyə qədər 4 dəfə bu kuboku qazanan italiyalı məşqçi, “Hər finalda eyni həyəcanı yaşayırıq. Həvəsim heç vaxt azalmayıb. Mənim komandam mənə böyük inam verir.” qiymətləndirməsini etdi.