Anadolu Efese Fransız transfer

Bakı, 26 iyun, Sporaz.tv

Anadolu Efes Basketbol Komandası, fransalı basketbolçu Vincent Poirieri transfer edib.

Sporaz.tv xəbər verir ki, tünd göy-ağ klubdan verilən açıqlamaya görə, İspaniyanın “Real Madrid” komandasında çıxış edən Poirier ilə 3 illik müqavilə imzalanıb.

Real Madrid ilə 2022-23 mövsümündə Türk Hava Yolları Avropa Liqasının çempionluğunu qazanan 30 yaşlı basketbolçu,2 dəfə İspaniya Liqasının, 3 dəfə İspaniya Superkubokunun qalibi olub.

1993-cü il təvəllüdlü oyunçunun boyu 2,13 metrdir və mərkəz mövqeyində oynayır. THY Avropa Liqasında 37 matça çıxan fransalı futbolçu, 9 xal və 5,3 ribaund ortalaması ilə yadda qalıb.