“Anadolu Efes”-dən Pleissə vida

Bakı, 18 iyun, Sporaz.tv

Anadolu Efes Basketbol Komandası ilə müqaviləsi başa çatan alman futbolçu Tibor Pleiss üçün vida mesajı yayımlanıb.

Sporaz.tv xəbər verir ki, tünd göy-ağ klubun sosial media hesablarında yayımlanan video paylaşımda bu ifadələr yer alıb:

“Bu gün biz əsl Anadolu Efes azarkeşi və əsl çempionla vidalaşırıq. Unudulmaz matçlar, kritik anlarda alınan məsuliyyətlər və unudulmaz final çıxışları… Siz göstərdiyiniz fədakarlıqla bir çox qələbələrimizdə əsas rol oynadınız. Eyni zamanda, nümunəvi şəxsiyyətiniz və əyləncəli xarakterinizlə siz də bütün Anadolu Efes pərəstişkarlarının bir parçasısınız”.

Tibor Pleiss, 2018-ci ildən çıxış etdiyi “Anadolu Efes”də 2 THY Avropa Liqası, 3 Basketbol Super Liqası və 1 Türkiyə Kubokunun qalibi olub.