Amrabatın “Fenerbahçe”dən istədiyi maaş məlum olub

Bakı, 29 avqust, Sporaz.tv

FenerbahçeSofyan Amrabatın transferi üçün “Fiorentina” ilə anlaşmağa yaxındır. İtalyan komandası məcburi satın alma seçimi ilə 12 milyon avroluq icarə təklif edən “Fenerbahçe”yə cavab verib.

Sporaz.tv xəbər verir ki, “Fiorentina” israr edir ki, “Fenerbahçe”nin Sofyan Amrabat üçün məcburi satın alma seçimi ilə icarə təklifi,15 milyon avro olmalıdır. Həmçinin futbolçu maaş təklifinin də yenilənməsini istəyir.

Sofyan Amrabatı yarımmüdafiəçi transferi ilə gündəmə gətirən “Fenerbahçe”, “Fiorentina” və futbolçu ilə əlaqələrini gücləndirib. “Fiorentina”, “sarı-göylü” komandanın təklif etdiyi seçim haqqının 15 milyon avroya yüksəldilməsini istəyir. “Fenerbahçe” Amrabata illik 4 milyon avro təklif edib. Lakin 28 yaşlı futbolçunun istəyinin 4,5 milyon avrodur. “Fenerbahçe” rəhbərliyi bu transferi ən gec gələn həftə tamamlamaq istəyir.

Superliqada transfer dövrü sentyabrın 13-də başa çatacaq, lakin Avropaya gedən komandalar sentyabrın 3-dək heyətləri barədə UEFA-ya məlumat verməlidirlər.

Bahar Rüstəm